
“Tesla” şirkətinin baş direktoru İlon Mask “Tesla Semi” elektrikli yük maşınını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Mask yük maşınının kütləvi istehsalına 2026-cı ildə başlanacağını elan edib.
Avtomobil istehsalçısının rəsmi veb saytında yük maşınının enerji yüklənmədən 500 milə (təxminən 805 km-ə) qədər məsafə qət edə biləcəyi və “Tesla” şarj cihazlarının 30 dəqiqə ərzində məsafənin 60%-ə qədərini bərpa edə biləcəyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz