Zirədə söhbətgah yandı – Video


Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta konstruksiyadan ibarət söhbətgahda baş vermiş yanğın genişlənərək bilavasitə yaxınlıqda yerləşən fərdi yaşayış evinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan söhbətgah və yaxınlıqda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 10kv.m. sahədə yanıb.
Fərdi yaşayış evi yanğından mühafizə olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top