Türkiyə toyuq ixracını dayandırır


Ramazan ayı ərəfəsində toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artması Türkiyədə hökuməti hərəkətə keçirib.
Yeniavaz.com
NTV-yə istinadən xəbər verir ki, Ticaret nazirliyi daxili bazarda qiymət artımının qarşısını almaq məqsədilə toyuq ixracının müvəqqəti olaraq dayandırılmasına qərar verib.
Məlumata görə, nazirlik sabahdan etibarən toyuq ixracını dayandıracaq. Qərarın əsas məqsədi ramazan ayı boyunca daxili bazarda təklifi artırmaq və qiymətləri sabitləşdirməkdir.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, bu addım daxili bazarda məhsul çatışmazlığının qarşısını almaq və süni qiymət artımlarını məhdudlaşdırmaq üçün atılıb. Eyni zamanda bazardakı proseslərin yaxından izlənəcəyi, zərurət yarandığı halda əlavə tədbirlərin də gündəmə gələ biləcəyi qeyd olunub.
Qərarın ramazan dövründə istehlakçıların daha münasib qiymətlərlə toyuq məhsullarına çıxışını təmin edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top