
Qlobal miqyasda qida tullantılarının yaratdığı iqtisadi itkilər artmaqda davam edir.
Yeniavaz.com “Agence Ecofin”in məlumatına istinadən xəbər verir ki, qida tullantılarından yaranan ümumi iqtisadi zərər 2026-cı ildə 540 milyard dollara çatacaq. Bu göstərici əvvəlki ildə qeydə alınan 526 milyard dollarla müqayisədə əhəmiyyətli artım deməkdir.
Məlumatlar etiketləmə və qablaşdırma həlləri təminatçısı “Avery Dennison” şirkəti tərəfindən aparılan araşdırmaya əsaslanır. Araşdırma çərçivəsində təxminən 3 500 pərakəndə satış rəhbəri arasında sorğu keçirilib, həmçinin Böyük Britaniyanın İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi (CEBR) tərəfindən iqtisadi modelləşdirmə aparılıb.
Bildirilir ki, 2026-cı ildə qlobal qida tullantılarının təxminən beşdə birini ət məhsulları təşkil edəcək. Bu kateqoriya üzrə itkilərin dəyəri 94 milyard dollar olaraq qiymətləndirilir. Qida tullantılarının əsas mənbələri sırasında meyvə və tərəvəzlər (88 milyard dollar), hazır yeməklər (80 milyard dollar), süd məhsulları (79 milyard dollar) və çörək məhsulları (67 milyard dollar) da yer alır.
Mütəxəssislər bildirirlər ki, qida tullantılarının azalması həm iqtisadi itkilərin qarşısının alınması, həm də qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz