Ukrayna PUA-larla atəşə tutuldu – Ölü və yaralılar var


Rusiya fevralın 7-dən 8-ə keçən gecə Ukraynaya 101 pilotsuz təyyarə ilə hücum həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri onlardan 69-nun vurulduğunu açıqlayıb.
Bildirilib ki, ümumilikdən hücumlar nəticəsində 10 nəfər yaralanıb, bir nəfər dünyasını dəyişib.
Ukrayna Baş Qərargahının məlumatına görə , son 24 saat ərzində cəbhə xəttində 294 toqquşma baş verib. Bu, əvvəlki 24 saatda baş verən 153 toqquşmadan təxminən iki dəfə çoxdur. Ukrayna komandanlığının məlumatına görə, ən gərgin döyüşlər Donetsk vilayətinin Pokrovski rayonunda və Zaporojyenin Qulyaipoli bölgəsində davam edir.

DİGƏR XƏBƏRLƏR

Top