Hindistan Azərbaycandan qaz ala bilər – SOCAR-la danışıqlar gedir


Hindistanın iri neft-qaz şirkəti “Bharat Petroleum” mayeləşdirilmiş neft qazının alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi T.V. Pandian “The Hindu” nəşrinə bildirib.
Pandian həmçinin qeyd edib ki, “Bharat Petroleum” ABŞ-dən mayeləşdirilmiş qazın idxalı üçün tender elan edib.
“Yaxın Şərqdə münaqişə gedir. Əgər Hörmüz boğazı bağlansa, nə edəcəyik? Elan olunan tender tədarük mənbələrimizi şaxələndirmək məqsədimizin bir hissəsidir”, — deyə o bildirib.
Pandian əlavə edib ki, Çinin ABŞ-dən mayeləşdirilmiş neft qazı tədarükündən imtina etməsi Hindistana həmin qazı daha aşağı qiymətlərlə əldə etmək imkanı yaradır.

DİGƏR XƏBƏRLƏR

Top