
Müğənni Vüqar Muradov (Bariton) xaricdən sifariş verdiyi məhsulların uzun müddətdir gömrükdə qaldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
“20 gündən çoxdur paltarlarım gömrükdə ilişib qalıb. Nədir problem, deyin, bilək. Dövlət Gömrük Komitəsi, mənim paltarlarım çox böyük ölçülərdi, sizə yaramaz, nahaq yerə əziyyət çəkməyin, verin paltarlarımı”, - deyə müğənni qeyd edib.
Qeyd edək ki, son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə gecikmələr müşahidə olunur.
Məsələ ilə bağlı daha əvvəl DGK-nın yerli mətbuata verdiyi açıqlamada bildirilirdi ki, son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur:
“Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir”.
Tətbiqimizi yükləyə bilərsiniz