
“Regiondakı dost dövlətlərin təşəbbüsü ilə keçirilən İran-ABŞ danışıqları irəliyə doğru bir addım olub”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində İran və ABŞ arasında nüvə danışıqları ilə bağlı yazıb.
“Dialoq həmişə mübahisələrin sülh yolu ilə həlli üçün bizim strategiyamız olub. Nüvə məsələsində məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit olunmuş hüquqlardır.
İran xalqı həmişə hörmətə hörmətlə cavab verib, lakin təzyiq və güc dilini qəbul etmir”, - Pezeşkian bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqları cümə günü Omanın vasitəçiliyi ilə Maskatda keçirilib. Danışıqlarda Tehranı Abbas Əraqçi, Vaşinqtonu isə Uitkoff təmsil edib.
Tətbiqimizi yükləyə bilərsiniz