Helberq də Venslə Bakıya gələcək


ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Bakıya səfəri zamanı ölkənin vitse-prezidenti Ceyms Devid Vensə müşayiət edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə səfərləri zamanı Vensə qoşulacaq.
Qeyd edilib ki, səfərlər ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini irəli aparacaq və TRIPP proqramının təşviqinə töhfə verəcək.

DİGƏR XƏBƏRLƏR

Top