İslamabaddakı terraktın təşkilatçısı saxlanıldı

pakistanda cümə namazı vaxtı partlayış oldu – 100-ə yaxın ölü və yaralı var
Pakistan təhlükəsizlik qüvvələri İslamabaddakı terror hücumunun təşkilatçısını saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The News” məlumat yayıb.
Bildirilib ki, onun üç dəstə üzvü də saxlanılıb.
Cinayətkarların tutulması əməliyyatı şimal-qərbdəki Xayber Paxtunxva əyalətində aparılıb. Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, hücumun təşkilatçısı İslam Dövləti terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib. Terrorçuların həbsi zamanı bir təhlükəsizlik işçisi həlak olub, daha üç nəfər yaralanıb.
Xatırladaq ki, ötən gün, fevralın 6-da İslamabadın kənarındakı şiə məscidinin yaxınlığında partlayış baş verib. “Dawn”ın məlumatına görə, ən azı 31 nəfər ölüb, 169-dan çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top