“Ukrayna Macarıstanın düşmənidir” − Orban


“Ukrayna Macarıstanın düşmənidir, çünki Avropa Birliyindən Rusiyadan enerji idxalını dayandırmağı tələb edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban hakim partiyanın fəalları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Kiyev daim Brüsseldən Macarıstan da daxil olmaqla, AB üzvlərini ucuz Rusiya enerjisinə çıxışdan məhrum etməyi tələb edir.
“Bunu kim deyirsə, o Macarıstanın düşmənidir və deməli, Ukrayna bizim düşmənimizdir”, - Baş nazir deyib.
O izah edib ki, Rusiya enerji təchizatı olmadan macar ailələrinin kommunal xərcləri ildə ən azı 8% artacaq:
“Sanki bir aylıq maaşınızdan məhrum olmusunuz”.

DİGƏR XƏBƏRLƏR

Top