
Keçən il Çin şirkəti “Pop Mart” oyuncaqlar, açar zəncirləri və döş nişanları da daxil olmaqla təxminən 100 milyon “Labubu” ilə əlaqəli mal satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Van Nin məlumat yayıb.
Direktor əlavə edib ki, şirkət müxtəlif kateqoriyalar üzrə ümumilikdə 400 milyon məhsul satıb.
Onun sözlərinə görə, “Pop Mart”ın dünyanın 100-dən çox ölkəsində və bölgəsində 700-dən çox mağazası, eləcə də altı əsas logistika bazası var.
Qeyd edək ki, “Labubu” oyuncağı Honkonqda anadan olmuş dizayner və yazıçı Lun Ciaşen tərəfindən yaradılıb. 2015-ci ildə o, bu canlıları əks etdirən “Canavarlar” adlı qısa hekayələr seriyası yazmağa başlayıb. 2019-cu ildə Lun Ciaşen “Pop Mart” ilə müqavilə imzalayıb və şirkət onun hekayələri əsasında kuklalar istehsal etməyə başlayıb. “Labubu” personajı tez bir zamanda böyük populyarlıq qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz