
Ufada 15 yaşlı yeniyetmə universitet yataqxanasında tələbələrə bıçaqla hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk məlumat yayıb.
Bildirilib ki, beş nəfər - dörd tələbə və bir polis əməkdaşı yaralanıb. Hücum edən şəxs yaralı vəziyyətdə saxlanılıb. Onun motivi hələlik məlum deyil.
Teleqram kanalları hadisənin Başqırd Dövlət Universitetinin beynəlxalq tələbələr üçün yataqxana binasında baş verdiyini bildirir. KİV-in məlumatına görə, hücum edən şəxs millətçi şüarlar səsləndirirmiş. Yaralılardan üçünün orta, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz