Evlilik ərəfəsində verilən vədlər: Bu vədlərə nə qədər inanmaq olar?


Evlilik ərəfəsində verilən vədlərə inanmazdan əvvəl, ilk növbədə, qarşı tərəfi tanımalısınız. Və ya, başqa sözlə, verilən vədlərə inanmazdan əvvəl, tərəflər bir-birilərinə qarşı nə qədər səmimi oluqlarını bilməlidirlər. Əgər bu ərəfədə tərəflər arasında hər hansı bir etimad problemi varsa, verilən vədlərə inanmaq olmaz və əslində, inanmaq da doğru deyil. İndi isə məsələyə evlənəcəyi adama etimad edən və evlənmək üçün heç bir maneəsi olmayan bir tərəfin prizmasından baxaq...
Əgər tərəflər arasında uyğunluq varsa və tərəflər bir-birilərinin səmimi olduqlarını düşünürlərsə, vədlərin onlara hansı məqsədlərlə verildiyini, həmçinin vədlərin doğruluq dərəcələrini müəyyən etməlidirlər. Məsələn, verilən vədlər nə qədər reallaşa bilər və ya reallaşmasa, bu evliliyə nə qədər təsir göstərə bilər və s. kimi...
Reallıq dərəcəsi az olan bir vəd qarşı tərəfin gələcək məqsədi və ya arzusu kimi də qəbul edilə bilər. Əgər vədin reallaşmaması evliliyə heç bir təsir göstərməyəcəksə, bunu gələcəkdə evlilik planınıza da daxil edə bilərsiniz.
Digər bir məsələ isə vədə nə üçün ehtiyac hiss olunmasıdır. Əgər qarşı tərəfi buna sövq edən sizdə müşahidə edilən hər hansı bir qeyri-təbiilikdirsə, qarşı tərəfin narahat olmaması üçün daha təbii olmaq lazımdır. Bu, həmçinin qarşı tərəfə müsbət təsir göstərmək deməkdir. Bəzən isə qarşı tərəf olduqca səmimi və təbii olur. Belə hallarda qarşı tərəfi yaxşı təhlil etməli, münasibətlərinizdə hər hansı bir problem yoxdursa, verdiyi vədlərə tərəddüdsüz yanaşmalısınız.
Yuxarıda da qeyd etdiyimiz kimi əgər qarşılıqlı etimad varsa, vədlərə də inanmaq olar.
Ancaq vəziyyət necə olursa-olsun, verilən vədlərin reallaşmamaq ehtimalı da var. Bu ehtimal həmişə nəzərə alınmalı, reallaşmadığı təqdirdə hər hansı bir problemə səbəb olmamalıdır.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top