Müəllimini güllələyən şagird həbs edildi

həmin şagird liseyə belə daxil olub – video
Bakıda “İdrak” liseyində müəllimini gülləməkdə təqsirləndirilən şagird barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə təqdimatla bağlı qərar elan olunub.
Qərara əsasən, həmin şagird barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Top