
ABŞ və Ukrayna Moskva və Kiyevin mart ayında münaqişənin həlli üçün razılığa gəlməsi ehtimalını müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Lakin agentlik danışıqlarda əsas məsələ olan ərazi məsələsi ilə bağlı heç bir qərar olmadığı üçün bu son tarixin çox güman ki, təxirə salınacağını bildirib.
Agentliyin məlumatına görə, tərəflər həmçinin may ayında münaqişənin həlli üçün potensial razılaşmalarla bağlı referendum təşkil etmək imkanını nəzərdən keçirirlər.
Agentliyin qeyd etdiyi kimi, Ukraynada eyni vaxtda ümumi seçkilərin keçirilmədi də ehtimal olunur.
Agentliyin bildirdiyinə görə, Əbu-Dabidə danışıqlar zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, həmçinin Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna tərəfinə bildiriblər ki, seçkilərin tezliklə keçirilməsi çox yaxşı olar.
Tətbiqimizi yükləyə bilərsiniz