Tramp İranla ticarət edən ölkələrə yüksək tarifər tətbiq edəcək


ABŞ Prezidenti Donald Tramp ABŞ-yə İrandan mal və ya xidmət idxal edən ölkələrdən gələn mallara əlavə tariflər tətbiq etməyə imkan verən sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.
Sənədə əsasən, ABŞ-yə idxal edilən və İrandan birbaşa və ya dolayı yolla mal və ya xidmət alan, idxal edən və ya başqa şəkildə qəbul edən istənilən ölkədən gələn mallara əlavə rüsumlar, məsələn, 25% tətbiq oluna bilər.
Sənədə görə, bu tədbirlər 7 fevralda qüvvəyə minir.
Sənəddə qeyd olunur ki, Vaşinqton administrasiyası İrana qarşı digər iqtisadi tədbirləri əsaslandırmaq üçün ABŞ-də əvvəllər rəsmi olaraq elan edilmiş milli fövqəladə vəziyyətin uzadılmasını zəruri hesab edir.
Sərəncamda həmçinin, İranın siyasətinin ABŞ üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam etdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top