
İran artıq ABŞ ilə razılığa gəlməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə Vaşinqton və Tehran arasında razılaşma perspektivlərini şərh edərkən bildirib.
“Onlar bir il yarım və ya hətta bir il əvvəlkindən daha çox razılığa gəlməyə hazırdırlar”, - Ağ Ev rəhbəri qeyd edib.
Amerika liderinin qeyd etdiyi kimi, İranla danışıqlar çox yaxşı keçib və gələn həftə də davam edəcək.
“Çoxlu yaxşı danışıqlar gedir. Düşünürəm ki, bu gün İranla yaxşı nəticələrimiz var. Gələn həftənin əvvəlində yenidən görüşəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, fevralın 6-da ABŞ və İran nümayəndə heyətləri İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Omanın Məskat şəhərində danışıqlar aparıblar.
İranın xarici işlər naziri Abbas Əraqçi Omanın ABŞ ilə danışıqlarını “yaxşı başlanğıc” adlandırıb.
Xatırladaq ki, Omanın vasitəçiliyi ilə keçirilən görüş, 2025-ci ilin iyun ayında İran-İsrail münaqişəsi ilə bağlı yaranan bir neçə aylıq fasilədən sonra ilk dəfə keçirilib.
Həmin vaxta qədər İran və ABŞ arasında beş raundluq məsləhətləşmələr təşkil edilib.
Tətbiqimizi yükləyə bilərsiniz