Liseydə güllələnən müəllim palataya köçürüldü − Yenilənib


1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.
Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

***13:03
“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, dünən “İdrak” liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

DİGƏR XƏBƏRLƏR

Top