Azərbaycan və Pakistan XİN rəhbərləri danışdı


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in “X” hesabında öz əksini tapıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.
Hücumu qətiyyətlə pisləyən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin terrorizmə qarşı mübarizədə əzmkar mövqeyini bir daha ifadə edib.
Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, Pakistan və Azərbaycan arasında mövcud olan möhkəm və davamlı tərəfdaşlığın bir daha təsdiqləndiyini qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top