
ABŞ-nin “FOX Sports” televiziya şirkəti Kriştianu Ronaldo ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda Səudiyyə Ərəbistanı Pro Liqası ilə tərəfdaşlığına son qoyan ilk böyük beynəlxalq televiziya şirkəti olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Speedline” portalı “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, bu qərarın nəticələri son dərəcə ciddi ola bilər. Çünki liqa artıq qlobal media və kommersiya layihələri ilə bağlı təxminən 2,4 milyard dollar zərər çəkib.
Digər tərəfdən, portalın bildirdiyinə görə, mövcud vəziyyət Səudiyyə Ərəbistanı Pro Liqasının beynəlxalq imici üçün dönüş nöqtəsinə çevrilə bilər. Çünki liqa ətrafında baş verən hadisələr diqqəti cəlb etməkdə davam edir.
Qeyd edək ki, Ronaldo çempionatdakı son transferlərdən narazı qaldığı üçün “Əl-Nəsr” oyunlarını boykot edir.
Tətbiqimizi yükləyə bilərsiniz