
“Barselona” “Bavariya”da baş məşqçi Hans Diter Fliklə birlikdə işləmiş yuxu mütəxəssisini işə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AS nəşri mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, yuxu mütəxəssisnin əsas vəzifəsi oyunçulara daha yaxşı yatmaq və məşqlərə daha gümrah gəlmək üçün tövsiyələr verməkdir.
Mənbənin məlumatına görə, oyunçular artıq məsləhət almağa başlayıblar: mobil telefonlar və ya digər ekranlar açıq vəziyyətdə yatmamaq, yatmazdan 10 saat əvvəl kofeindən istifadı etməmək, həmçinin, qaranlıq və sakit otaqda yatmaq.
Yuxu mütəxəssisinin işə götürülməsi Flikin oyunun bütün aspektlərini, o cümlədən yuxunu idarə etmək istəyini nümayiş etdirir. Çünki futbolda yorğunluq zədələrin əsas səbəblərindən biridir.
Tətbiqimizi yükləyə bilərsiniz