
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Əz-Zintan şəhərində öldürülən oğlu Seyf əl-İslamın dəfn mərasimi yalnız onun ailəsinin və iki yerli qəbilənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Seyf əl-İslamın cənazəsinin gətirildiyi Bəni Vəlid şəhərindəki təhlükəsizlik rəsmisi məlumat verib.
Rəsmi bildirib ki, dəfn mərasimində yalnız onun ailəsi və iki Liviya qəbiləsinin şura üzvləri iştirak edəcək.
O əlavə edib ki, bu, ən böyük yerli qəbilələrdən biri olan Varfalla və həm Seyf əl-İslamın, həm də atası Müəmmər Qəddafinin mənsub olduğu Əl-Qəddafa qəbiləsinə aiddir.
Tətbiqimizi yükləyə bilərsiniz