ABŞ İran üçün keçid hökuməti yaratmaq variantlarını araşdırır


ABŞ administrasiyası, İranın hazırkı hakimiyyətinin artıq ölkəyə rəhbərlik edə bilməməsi halında, İranda müvəqqəti hökumət qurmağı düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The National” mənbələrə istinadən məlumat yayıb. 
“ABŞ-nin İrandakı mövcud rejimə alternativ tapmaq səylərinə yaxın bir mənbə qəzetə bildirib ki, prezidentin kürəkəni Cared Kuşner bu prosesdə yaxından iştirak edir. O, rejimin çökməsi halında İranı idarə etməyə kömək edəcək keçid strukturunun yaradılması ilə bağlı məsləhət vermək üçün bir qrup İran-Amerika biznes liderlərinin toplanmasına kömək edir”, - nəşr qeyd edir.
Mənbənin sözlərinə görə, ABŞ administrasiyası Florida ştatının Palm Biç şəhərində İran müxalifətinin nümayəndələrini toplamaq istəyir. Görüş bu həftə sonu baş tuta bilər, lakin logistika mürəkkəb olub. Müxalifət nümayəndələrinin ərazidə yerləşən prezident iqamətgahına, yoxsa yaxınlıqdakı bir yerə dəvət olunacağı da məlum deyil. Ağ Ev bu məlumatı şərh etməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top