Sandu Nobel Sülh Mükafatına namizəd göstərildi


Norveçli parlamentari demokratiyanın müdafiəsindəki töhfələrinə görə Moldova Prezidenti Maya Sandunu Nobel Sülh Mükafatına namizəd göstərib.
Yeniavaz.com
xəbər verir ki, Sandu TV8 efirində buna münasibət bildirib.
“Mən bunu, əlbəttə ki, qiymətləndirirəm və insanların ölkəmizi izlədiyinə, cəsarətimizi və dözümlülüyümüzü qiymətləndirdiyinə görə minnətdaram, amma bir çox insan bu mükafata namizəd göstərilib”, - Sandu deyib.
O, çıxışında Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş üzvlərinin laureat hesab edilməsini təklif edib.
Norveçli parlamentari əvvəllər qeyd edib ki, Sandu ölkəsində demokratiyanın və sülhün müdafiəsinə verdiyi mühüm töhfələrə görə mükafata namizəd göstərilməlidir. Təşəbbüskarın sözlərinə görə, Moldova prezidenti Avropada demokratik müdafiənin liderlərindən biridir.

DİGƏR XƏBƏRLƏR

Top