
Almaniyanın hakim Xristian Demokrat İttifaqının qarşıdan gələn partiya qurultayında 16 yaşdan kiçik uşaqların və yeniyetmələrin müəyyən sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsinin müzakirəsi planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Berliner Morgenpost” (BM) məlumat yayıb.
Nəşr qeyd edir ki, təklifin 20-21 fevral tarixlərində keçiriləcək partiya qurultayında müzakirəsi planlaşdırılır.
XDİ-nin Şlezviq-Holşteyn əyalət ofisinin açıqlamasında məhdudiyyətlərin uşaqları və yeniyetmələri nifrət və zorakılığın, psixoloji təzyiqin və təqibin, eləcə də zərərli onlayn məzmunun təsirindən effektiv şəkildə qorumalı olduğu vurğulanıb.
Qanun layihəsi qəbul edilərsə, istifadəçilər “Instagram”, “Facebook” və “TikTok” kimi platformalardan istifadə edərkən yaşlarını təsdiqləməli olacaqlar.
Tətbiqimizi yükləyə bilərsiniz