Yamal sosial mediadan təcrid olunmaq üçün mütəxəssisləri işə götürdü


“Barselona” və İspaniya yığmasının hücumçusu Lamin Yamal sosial mediada iştirakını məhdudlaşdırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə fichajes.com saytı məlumat yayıb.
Bildirilib ki, bu, 18 yaşlı oyunçunu tənqidlərdən və medianın ajiotajından qorumaq, ona sakit düşüncə tərzini qorumağa imkan vermək məqsədi daşıyır.
Jurnalist Xose Alvarezin “El Chiringuito” televiziyasında verdiyi məlumata görə, Lamin rəqəmsal təcrid olunmaq üçün yeni mütəxəssislər cəlb edib:
“Onunla işləyən insanlarda peşəkar dəyişikliklər olub. Yeni mütəxəssislər gəlib və ona müəyyən bir istiqamət veriblər. Məsələn, onlar onun sosial mediaya yanaşmasını dəyişdiriblər.
Lamin daha az paylaşım etməyə başlayıb və paylaşım etdikdə, hər şey futbol və “Barselona” ilə bağlıdır. Onlar ona sosial medianı başa düşməyə kömək ediblər. O, futbola daha çox diqqət yetirib və bir az sosial şəbəkədən uzaqlaşıb”.

DİGƏR XƏBƏRLƏR

Top