
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevinin sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
Yeniavaz.com yeni sədrin dosyesini təqdim edir:
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-ci ildən isə müavini vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Tətbiqimizi yükləyə bilərsiniz