Françesko Totti “Roma”nın rəhbər heyətinə qoşula bilər


“Roma”nın keçmiş futbolçusu Françesko Totti klubun texniki direktoru ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira sosial mediada məlumat yayıb. 
“Françesko Totti “Roma”nın texniki direktoru ola bilər və Paolo Maldininin Riki Massaranın dövründə “Milan”da tutduğu vəzifəyə bənzər bir vəzifə tuta bilər”, - Şira yazıb.
49 yaşlı Françesko Totti 2017-ci ildə futboldan təqaüdə çıxıb. Daha sonra o, “Roma”nın rəhbər heyətinə qoşulub, lakin 2019-cu ildə klubdan ayrılıb. “Roma” ilə İtaliya çempionatını (2000/2001), İtaliya Kubokunu (2006/2007, 2007/2008) və İtaliya Super Kubokunu (2001, 2007) qazanıb. İtaliya millisində oynayan Totti Dünya Kubokunu (2006) və Avropa Çempionatının ikincisi (2000) qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top