
Fransanın “Canal+” telekanalı 21-ci əsrin ən yaxşı yarımmüdafiəçilərini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, reytinqə “Bordo”, “Yuventus”, “Real Madrid” klublarının, həmçinin, Fransa yığma komandasının keçmiş üzvü Zinəddin Zidan başçılıq edir.
İkinci yerdə “Barselona” klubunun, həmçinin İspaniya yığma komandasının keçmiş oyunçusu Andres İnyesta qərarlaşır. İlk üçlüyü isə yenə “Barselona” klubunun, həmçinin İspaniya yığma komandasının sabiq futbolçusu Xavi tamamlayır.
Siyahını təqdim edirik:
1. Zinəddin Zidan.
2. Andres İnyesta.
3. Xavi.
4. Luka Modriç.
5. Andrea Pirlo.
6. Luis Fiqo.
7. Kaka.
8. Stiven Cerrard.
9. Kevin de Bruyne.
10. Toni Kroos.
11. Serci Buskets.
12. Devid Bekxem.
13. Patrik Vieyra.
14. Frenk Lempard.
15. Yaya Ture.
Tətbiqimizi yükləyə bilərsiniz