
Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (DİF) prezidenti və baş icraçı direktoru Borge Brende ilə Ceffri Epşteyn arasında əlaqələri aşkar edən sənədlərin elan olunmasından sonra onun haqqında araşdırma başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb.
Təşkilat nəşrə bildirib ki, hazırda nə DİF, nə də Borge Brende xarici hüquq məsləhətçiləri tərəfindən aparılan müstəqil araşdırmalar başa çatana qədər heç bir şərh verməyəcək.
NZZ-nin məlumatına görə, ABŞ hakimiyyəti tərəfindən sənədlərin dərc olunmasından sonra Brende DİF-in Qəyyumlar Şurasına məktub göndərib.
Məktubda o, amerikalı iş adamı ilə görüşlərinin səhv olduğunu bildirib və əlavə edib ki, Epşteynə qarşı ittihamlar 2019-cu ilin iyul ayında məlum olduqdan sonra o, DİF-dəki rəhbərlərinə əlaqələri barədə məlumat verib.
Qəzet qeyd edib ki, dərc olunmuş PDF-lərdə Epşteynlə Brende arasında 2018 və 2019-cu illərdə çoxsaylı elektron poçtlar və söhbətlər var ki, bu da onların dostluq münasibətlərini göstərir.
Qeyd edək ki, 30 yanvar 2026-cı ildə ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı onun dosyesindən 3 milyon səhifədən çox sənədin, eləcə də 2000-dən çox videonun və 180 min fotoşəkilin dərc edilməsini başa çatdırıb.
Bu sənədlər arasında müxtəlif ölkələrdən olan onlarla kral ailəsi üzvlərinin, tanınmış dövlət məmurlarının, iş adamlarının, diplomatların və akademiklərin adları yer alır.
Epşteynin tanışları arasında ABŞ-nin 42-ci prezidenti Bill Klinton və hazırkı ABŞ Baş naziri Donald Tramp da var idi.
Xatırladaq ki, Epşteynin tam dosyesinin elan olunması Konqres tərəfindən 2025-ci ilin noyabr ayında qəbul edilmiş və Tramp tərəfindən təsduq edilmiş qanunvericiliklə tələb olunurdu.
Tətbiqimizi yükləyə bilərsiniz