
“Əl-Nəsr” klubunun hücumçusu və kapitanı Kriştianu Ronaldo komandanın bu gün “Əl-İttihad” klubu ilə keçiriləcək növbəti oyununu da buraxacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial media səhifəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu nə komanda daxilində, nə də Səudiyyə klubunun rəhbərliyi ilə heç bir problem yaşamır. 41 yaşlı hücumçunun səhhətində və ya fiziki vəziyyətində də heç bir problem yoxdur. Ronaldonun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) bəzi klubları idarə etmə tərzindən narazı olduğu bildirilir. Ronaldo fondun onun komandasına nəzarət etdiyi digər klublara, xüsusən də “Əl-Hilal”a nisbətən daha az diqqət və resurs ayırdığına inanır.
Qeyd edək ki, bundan əvvəl ESPN telekanalı xəbər vermişdi ki, futbolçu PIF komandanın rəhbərliyində dəyişikliklərlə bağlı zəmanət verməsə, iyun ayında klubdan transfer tələb etmək niyyətindədir.
Xatırladaq ki, Ronaldo Pro Liqanın 20-ci turunda “Ər-Riyad”la oyunu (0-1) buraxmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz