Qəddafinin oğlunun öldürülməsinin təfərrüatları açıqlandı


Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın Əz-Zintan şəhərindəki iqamətgahına hücumun təfərrüatları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hücum edənlər arasında dörd nəfər olub. İki silahlı cinayətkar birbaşa iqamətgaha hücum edib, daha iki silahlı cinayətkar isə binanın ətrafında keşik çəkib.
“Al Hadath”ın bildirdiyinə görə, hücum zamanı Qəddafinin oğlu telefonla danışıb.
Kanal əlavə edib ki, Seyf əl-İslamın silahdaşlarından biri ona hücum barədə məlumat verib.
Seyf əl-İslam evinin yaxınlığındakı bağçada öldürülüb. Lakin cinayətkarlar qaçmağa nail olublar.
Telekanalın məlumatına görə, cinayətkarlar müşahidə kameralarını sıradan çıxarıb və mühafizəçiləri zərərsizləşdiriblər.
Cinayətkarların hücum zamanı Qəddafinin oğluna 18 dəfə atəş açdıqları bildirilir.
Hazırda Seyf əl-İslamın cəsədinin yeri məlum deyil.
Qeyd edək ki, Qəddafinin oğlu fevralın 3-də Əz-Zintan şəhərində öldürülüb. Qətl hadisəsi daha sonra  mərhumun vəkili Xalid əl-Zeydi və Liviya Baş Prokurorluğu tərəfindən təsdiqlənib.
Xatırladaq ki, Seyf əl-İslam Müəmmər Qəddafinin on uşağından ikincisidir.

DİGƏR XƏBƏRLƏR

Top