
Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub.
Yeniavaz.com xəbər verir ki, 1997-ci il təvəllüdlü Kamilova Şəhla Fəqani qızı 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib.
O, həmin il Bakı Dövlət Universitetinə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz