İcbari Tibbi Sığorta Agentliyi metrodakı reklamlara 232 min manat xərcləyəcək


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) “Advera” MMC (VÖEN – 1605706481) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, “Advera” MMC Agentliyin sifarişi əsasında “Bakı Metropoliteni”nin 22 fərqli stansiyasında yerləşdiriləcək reklam lövhələrinin hazırlanması və icarəsi xidmətlərini həyata keçirəcək. Bu xidmətlərin qarşılığında isə Agentlik “Advera” MMC-yə 232 min 106 manat ödəyəcək. Qeyd olunan işlər bir il müddətində – 23.01.2026-cı ildən 23.01.2027-ci il tarixinə kimi icra olunacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top