
ABŞ-dən böyük bir nümayəndə heyəti vitse-prezident Ceyms Devid Vensin səfərinə hazırlıq görmək üçün Ermənistana gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyəti bu yaxınlarda gəlib və “Armenia Marriott” otelində yerləşib. Nəşr yazır ki, nümayəndə heyəti iki həftə burada qalacaq.
Qeyd olunub ki, Vensin fevralın 9-da Ermənistana gələcəyi və ertəsi gün Bakıya gedəcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz