21-ci əsrin ən az qiymətləndirilən 50 filmi açıqlandı


“Time”ın film tənqidçisi Stefani Zaçarek “21-ci əsrin ən az qiymətləndirilən 50 filmi”nin siyahısını tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, Zaçarekin sözlərinə görə, o, gənc kinosevərlərin diqqətini kollektiv şüurdan yoxa çıxan və ya çıxış zamanı tamaşaçı tapa bilməyən filmlərə cəlb etməyi hədəfləyib. Bütün filmlər 2000-ci ildən sonra nümayiş olunub.
Zaçarek filmləri tematik kateqoriyalara ayırıb: “İki saat və ya daha uzun”, “Bioqrafiyalar və tarixi filmlər”, “Komediyalar”, “İtlərin iştirakı ilə”, “Pişiklərin iştirakı ilə”, “Ədəbi adaptasiyalar”, “Yeni rejissorların bədii əsərləri”, “Musiqi ilə əlaqəli filmlər” və “Romantik filmlər”.
Kino tənqidçisi ümumi siyahısında aşağıdakı filmləri vurğuladı: Mayk Millsin “20-ci əsr qadınları”, Spayk Linin “25-ci saat”, Jan-Pyer Jenenin “Çox uzun nişan”, Cina Prins-Bitvudun “Pərdəarxası”, Neil Cordanın “Plutonda səhər yeməyi” və Ceyn Kempionun “Parlaq ulduz”.
Zaçarekin adlarını çəkdiyi animasiya filmlərinin siyahısına “Pişiklərin həyatı”, “Fantastik cənab Foks” və “Qurdlar haqda əfsanə” daxil olub.
 

DİGƏR XƏBƏRLƏR

Top