İranlı qadınlar rəsmi olaraq motosiklet sürə biləcəklər


İranda qadınlara motosiklet sürücülük vəsiqəsi almağa icazə verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İLNA hökumətin qərarına istinadən məlumat yayıb. 
Sənəd yanvar ayında keçirilən kabinet iclasında təsdiq edilib və Birinci vitse-prezident Məhəmməd Rza Aref tərəfindən imzalanıb. Qərara əsasən, İslam Respublikasının Baş Komandanlığı qadınlar üçün motosiklet sürmək üzrə “praktik təlim” təşkil etmək, yol polisinin birbaşa nəzarəti altında imtahanlar keçirmək və sürücülük vəsiqələrinin verilməsindən məsuldur.

DİGƏR XƏBƏRLƏR

Top