
Moda sənayesində istehlakçı davranışının təhlili üzrə ixtisaslaşmış platforma olan “Lyst”in mütəxəssisləri 2025-ci ilin son rübü üçün dünyanın ən populyar moda brendini açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə platformanın saytında məlumat paylaşılıb.
Fransız brendi “Saint Laurent” yenidən reytinqə başçılıq edib. “Miu Miu” və COS ikinci və üçüncü yerlərdə qalıb. Bu arada “Ralph Lauren” beş pillə irəliləyərək dördüncü yerə yüksəlib, “Prada” isə ilk beşliyi tamamlayıb.
“Coach”, “The Row”, “Burberry”, “Gucci” və “Moncler” ilk onluğa daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz