“The Washington Post” kütləvi ixtisarlara başladı


Amerikanın ən böyük qəzetlərindən biri olan “The Washington Post” (WP) qəzeti kütləvi ixtisarlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ixtisarların təxminən 300 jurnalisti əhatə edəcəyi gözlənilir.
Mənbələrin bildirdiyinə görə, nəşr bütün işçilərinin təxminən 30%-ni – həm kommersiya şöbəsinin işçilərini, həm də jurnalistləri (nəşrdə təxminən 800 jurnalist var) ixtisar etməyə hazırlaşır.
WP-nin baş redaktoru Mett Murrey qəzetin əməkdaşları ilə onlayn görüş keçirərək, qəzetin strategiyasına yenidən baxılacağını elan edib. O, idman şöbəsinin bağlanacağını, beynəlxalq və şəhər xəbərləri şöbələrində isə əhəmiyyətli dərəcədə ixtisarların ediləcəyini açıqlayıb.
Baş redaktor gündəlik xəbər podkastı olan “Post Reports”un da bağlanacağını bildirib.
Murrey neçə işçinin ixtisar ediləcəyini dəqiqləşdirməsə də, ixtisarların bütün şöbələrə təsir edəcəyini qeyd edib.
ABŞ Milli İctimai Radiosu isə mənbələrə istinadla ixtisarların WP-nin sahibi Ceff Bezosun təkidi ilə başladığını bildirib.
Qeyd edək ki, “The Washington Post” qəzeti milyarder Ceff Bezosa məxsusdur. O, qəzeti 2013-cü ildə satın alıb.

DİGƏR XƏBƏRLƏR

Top