
Səudiyyə Ərəbistanı hökuməti yerli dəvələr üçün pasportlar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi “X” sosial şəbəkə səhifəsində bildirib.
Nazirliyin məlumatına görə, dəvə pasportu heyvan, onun cinsi və sahibi haqqında məlumatları özündə əks etdirən rəsmi olaraq akkreditə olunmuş sənəd olacaq.
Pasportda hər bir dəvə üçün dəqiq və etibarlı sağlamlıq qeydiyyatının yaradılmasına imkan verən və populyasiyada yoluxucu xəstəliklərin monitorinqini asanlaşdıran ətraflı peyvənd qeydləri də yer alacaq.
Nazirlik dəvə pasportunun dəvələr haqqında məlumat bazası yaratmaq məqsədi ilə tətbiq edildiyini bildirib.
Nazirlik həmçinin, bildirib ki, dəvələrlə bağlı bu sənəd mülkiyyətin təsdiqlənməsi prosesini də sadələşdirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz