
ABŞ-nin mühəndislik və konsaltinq şirkəti AECOM-dan olan nümayəndə heyəti ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından TRIPP proqramı (Zəngəzur dəhlizi) çərçivəsində ərazi araşdırmaları aparmaq məqsədilə Ermənistana səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyindən məlumat verilib.
Açıqlamada qeyd olunur ki, görüləcək işlər Ermənistanda dəmir yolları və digər infrastruktur obyektlərinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırmaların və təkliflərin hazırlanmasını əhatə edəcək.
“Associated Press” (AP) agentliyi isə məlumat yayıb ki, ABŞ-nin vitse-prezidenti J.D. Vance ötən il Ağ Evin vasitəçiliyi ilə əldə olunan sülh sazişinə dəstəyini ifadə etmək məqsədilə Ermənistan və Azərbaycana səfər edəcək.
Məlumata görə, o, əvvəlcə 2026-cı il Qış Olimpiya Oyunları üzrə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək, daha sonra isə Cənubi Qafqaza səfər edərək Ağ Evin vasitəçiliyi ilə ötən il əldə olunan sülh sazişinə dəstəyini nümayiş etdirəcək.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz