Yusif Qədimbəyliyə məxsus 2 şirkət birləşdi


“Sədərək Firması” (VÖEN – 9900020171) “Sabit Mühafizə Xidməti” MMC-nin (VÖEN – 1401783541) ona qoşulması ilə əlaqədər yenidən təşkil olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, “Sabit Mühafizə Xidməti” MMC “Sədərək Firması”na qoşulduğu üçün ləğv olunur.
Ləğvetmə elanında kreditorlardan tələblərini Bakı şəhəri̇ Nəsi̇mi̇ rayonu, Azadlıq PR., ev.18, m.35 ünvanına, Sədərək Firmasının yenidən təşkili ilə bağlı isə kreditorlardan tələblərini Bakı şəhər, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu Sədərək ticarət mərkəzi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Sədərək Firması” və “Sabit Mühafizə Xidməti” MMC tanınmış sahibkar Yusif Qədimbəyliyə məxsusdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top