“Təhlükəsizliyimdən narahatam” – Tramp


ABŞ Prezidenti Donald Tramp öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarının olduğunu, lakin bu cür düşüncələrdən uzaq durmağa çalışdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri “NBC News” telekanalına müsahibəsində qeyd edib.
“Mən bundan narahatam, amma bunu ağlınızdan çıxarmalısınız, əks halda işinizi görə bilməzsiniz”, - deyə Tramp jurnalistin məsələ ilə bağlı sualına cavabında bildirib.
Qeyd edək ki, Tramp 2024-cü ildə iki sui-qəsd cəhdindən sağ çıxıb. Birincisi, iyul ayında Pensilvaniyada keçirilən seçki kampaniyası mitinqində snayper gülləsi siyasətçinin qulağını sıyrarkən baş verib. İkincisi, sentyabr ayında Ukraynaya yardım tərəfdarı olan bir radikal şəxs Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının yaxınlığında atəş açıb.

DİGƏR XƏBƏRLƏR

Top