
Ötən il turizm məqsədi ilə xarici ölkələrə 1 milyon 280 min 787 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edənlərin 28 min 717 nəfəri və ya 1,8%-i xarici ölkələrə dini ziyarət məqsədi ilə gedib.
Qeyd edək ki, əvvəlki illə müqayisədə dini ziyarət məqsədi ilə xaricə gedənlərin sayı artıb. Belə ki, 2024-cü ildə 22 min 595 nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə dini ziyarətə gedib. Bu da xaricə gedən ümumi turistlərin 1,65%-nə bərabər olub.
Ötən il dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 17 min 350 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanına səfər edən ziyarətçilərin sayı 46% artıb. Dini ziyarət üçün İrana gedənlərin sayı isə 2 dəfədən çox artıb. Belə ki, 2024-cü ildə İrana dini ziyarət üçün 973 nəfər səfər edib.
Azərbaycan vətəndaşları ötən il ərzində dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər:
Səudiyyə Ərəbistanı – 17 350 nəfər;
Türkiyə – 4 497 nəfər;
Birləşmiş Ərəb Əmirlikləri – 1 947 nəfər;
Rusiya – 1 817 nəfər;
İran – 2 091 nəfər;
Gürcüstan – 387 nəfər;
İsrail – 162 nəfər;
Qazaxıstan – 200 nəfər;
İraq – 124 nəfər;
Özbəkistan – 69;
Qətər – 21 nəfər;
Qırğızıstan – 2 nəfər;
Küveyt – 1 nəfər
Digər ölkələr – 49 nəfər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz