
ABŞ-İran danışıqları əvvəlcədən planlaşdırıldığı kimi, 6 fevral cümə günü Omanda keçiriləcək.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmisi bildirib.
Agentliyin məlumatına görə, doqquz Yaxın Şərq ölkəsinin nümayəndələri ABŞ Prezidenti Donald Trampı dialoqdan imtina etməməyə inandırıblar.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi də daha əvvəl ABŞ ilə danışıqların əvvəllər elan edildiyi kimi cümə günü Omanda keçiriləcəyini bildirmişdi.
Əraqçi bu məsləhətləşmələrin tərəflərin format barədə razılığa gələ bilməməsi səbəbindən ləğv edildiyi iddialarını təkzib etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz