
“WhatsApp” valideynlərə uşaqları üçün məhdud imkanlarla əlavə hesablar yaratmağa imkan verən bir funksiya hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WABetaInfo” (WBI) portalı məlumat yayıb.
Məlumata görə, bu profil yetkinlik yaşına çatmayanların əlaqə siyahısında olmayan istifadəçilərlə qarşılıqlı əlaqələrini məhdudlaşdıracaq və söhbətlərinin məzmununa giriş olmadan valideynlərə xülasə məlumatları təqdim edəcək.
Portalın məlumatına görə, bu funksiya hazırda inkişaf mərhələsindədir.
Eyni zamanda, xidmət yetkinlik yaşına çatmayanların hüquqlarını qorumaq üçün yeni tələblərə uyğunlaşmağa hazırlaşır. Xüsusilə, tətbiq yeniyetmələr üçün yeni qanunvericiliyə uyğun olaraq avtomatik məxfilik parametrlərinin yenilənməsini sınaqdan keçirir.
Eyni zamanda icazəsiz istifadəçilərin yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarına daxil olmasının qarşısını almaq üçün profil məlumatlarına və sosial şəbəkə keçidlərinə girişin məhdudlaşdırılması gözlənilir.
Bütün dəyişikliklər hazırda inkişaf mərhələsindədir və gələcək tətbiq yeniləmələrində tətbiq olunması planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz