
“Bolt” adlı çinli insanabənzər robot qaçış zolağında saniyədə 10 metrə qədər sürətlənərək, dünya rekordu vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə robotu hazırlayan Çjetszyan Universitetinin Hançjou Beynəlxalq Elm və Texnologiya İnnovasiya Mərkəzi məlumat yayıb.
Sürətlənmə zamanı android robot təhlükəsizlik kabelləri, həmçinin, xüsusi çərçivə ilə mühafizə olunub.
Qaçış robotunun hazırlanmasında “MirrorMe Technology” və “Kaierda Robot” robot şirkətləri iştirak ediblər.
Robot 2009-cu ildə 100 metr məsafəyə qaçışda 9,58 saniyəlik nəticə ilə dünya rekordu vuran Yamaykalı qaçış ustası Useyn Boltun şərəfinə “Bolt” adlandırılıb.
Qeyd edək ki, laboratoriya şəraitindən kənarda insanabənzər robotun 100 metrlik rekordu Pekin Humanoid Robot İnnovasiya Mərkəzi tərəfindən hazırlanmış “Tiangong Ultra” android robotuna məxsusdur. O, 2025-ci ilin avqust ayında keçirilən Dünya Humanoid Robot Oyunlarında 100 metrlik məsafəni 21,50 saniyəyə qət edib.
Tətbiqimizi yükləyə bilərsiniz