Ədliyyə Nazirliyi qeyri-yaşayış binasının icarəsi üçün 636 min manat ödəyəcək


Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi fiziki şəxs Allahverdiyev Zülfüqar İfxan oğlu (VÖEN – 2305448502) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, Zülfüqar Allahverdiyev 636 min manata Ədliyyə Nazirliyinə icarə xidmətləri göstərəcək.
Məlumat üçün bildirək ki, ötən il Ədliyyə Nazirliyi Zülfüqar Allahverdiyev ilə 2 icarə müqaviləsi imzalayıb.  Müqavilənin şərtlərinə görə, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küç. ev 84 ünvanında yerləşən, ümumi sahəsi 3083,4 kv.m olan qeyri-yaşayış binasının 2029,4 kv.m. sahəsinin 4,5 və 6-cı mərtəbələrinin icarəsi üçün 386 min 400 manat, Ədliyyə Nazirliyinin İstintaq idarəsi üçün Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küç. ev 84 ünvanında yerləşən, ümumi sahəsi 3083,4 kv.m olan qeyri-yaşayış binasının 2 və 3-cü mərtəbələrinin 1054 kv.m. sahəsinin icarəsı üçün isə 153 min 600 manat ödənilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top