
Portuqaliya millisinin və “Əl-Nassr” klubunun hücumçusu Kriştianu Ronaldonun 41 yaşı tamam olub.
Yeniavaz.com xəbər verir ki, futbolçu bu günə qədər karyerasında 961 qol vurub ki, bunlardan 818-i klub futbolunda, 143-ü isə Portuqaliya millisində olub.
Ronaldo karyerası ərzində həmçinin, “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” komandalarında oynayıb.
O, “Real Madrid” üçün ən çox oyun keçirib və komanda ilə 438 oyunda meydana çıxıb. Ronaldo Kral klubunda 450 qol vurub və 131 məhsuldar ötürmə edib.
41 yaşlı futbolçu beş dəfə “Qızıl top” mükafatını, beş dəfə isə Çempionlar Liqasını qazanıb.
Ronaldo 2016-cı ildə Avropa çempionu olub.
Digər tərəfdən, Ronaldo boykot xəbərləri fonunda “Əl-Nəsr”lə məşqlərə qayıdıb. Portuqaliyalı sosial şəbəkə hesabında məşqdən bir şəkil də dərc edib.
Qeyd edək ki, 2 fevral bazar ertəsi günü Ronaldo bu mövsüm ilk dəfə olaraq “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı liqa matçını buraxıb. Onun yoxluğunda komanda 20-ci turda “Ər-Riyad”ı 1-0 hesabı ilə məğlub edib.
Tətbiqimizi yükləyə bilərsiniz